Yas pulu ilə bağlı qanunvericiliyə yenidən baxılmalıdır - Razi Nuruallyev

Yas pulu ilə bağlı məsələyə qanunverilicik çərçivəsində yenidən baxılmalıdır.. Bunu Milli Məclisin deputatı Razi Nuruallyev çıxışı zamanı deyib.
Deputatın sözlərinə görə, hazırkı tənzimləmə işləyən və pensiya yaşına çatmış şəxsləri əhatə edir, lakin bəzi hallarda bu yardım ailələrə çatmır.
“Bu məsələni Milli Məclidə vətəndaşların müraciəti əsasında dördünücü dəfə səsləndirirəm. Bəzən vətəndaşın pensiya yaşına çatmasına cəmi bir neçə ay qalır, lakin o vəfat edir və yaxınları yas pulundan məhrum olur,” – Nurullayev qeyd edib.
Deputat əlavə edib ki, bu məsələ bir neçə il öncə də müzakirəyə çıxarılıb və o zaman aidiyyəti qurumlar onun haqlı olduğunu bildirərək problemin müsbət həlli istiqamətində addımlar atıldığını qeyd ediblər.
“Mən məsələni yenidən gündəmə gətirirəm və xahiş edirəm ki, onun hazırkı vəziyyəti ilə bağlı ictimaiyyətə məlumat verilsin, həmçinin həll prosesləri sürətləndirilsin,” – o bildirib.
Gülnar Nazimqızı


