• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun

"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun
23.07.2025 14:52

Azərbaycanda “KFC” və “McDonald’s” restoran şəbəkələrinin adından saxta sosial şəbəkə elanları yayımlanır. 

Elanlarda 59,74 manatlıq menyular cəmi 3,40 qəpiyə təklif olunur.

KFC şirkətinin Azərbaycandakı nümayəndəsi Asya Cəfərova bildirib ki, sosial şəbəkələrdə bu tip saxta kampaniyalar mütəmadi şəkildə paylaşılır. Onun sözlərinə görə, istifadəçilər bu elanlara daxil olduqda müxtəlif oyunlara yönləndirilir, şəxsi və bank kartı məlumatları tələb olunur.

“KFC yalnız rəsmi internet səhifəsi və təsdiqlənmiş sosial media hesabları vasitəsilə xidmət göstərir. Saxta linklərə daxil olmamaq və şəxsi məlumatları paylaşmamaq tövsiyə olunur”, —Cəfərova əlavə edib.

Kibertəhlükəsizlik üzrə ekspert İbrahim Əzizli xəbərdarlıq edib ki, bu kimi halların qarşısını almaq üçün istifadəçilər vebsaytların domen ünvanlarına diqqət etməlidirlər. Onun sözlərinə görə, fişinq məqsədilə yaradılmış saxta saytlar məşhur brendlərin adlarını təqlid edir və istifadəçilərin kart məlumatlarını ələ keçirməyə çalışır.

Ekspert əlavə edib ki, restoranlar məhsulları poçt vasitəsilə göndərmədiyi üçün bu üsul da saxtakarlığın göstəricisidir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, belə hallarla qarşılaşan vətəndaşlar DİN-in “102” Xidməti-Zəng mərkəzinə və ya qurumun rəsmi sosial media səhifələrinə məlumat verməlidirlər.

 Azərbaycanda "KFC" 2012-ci ildə fəaliyyətə başlayıb. İlk McDonald's restoranı isə 1999-cu il Bakıda açılıb.

Aytac Zeynalova 
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Təbriz-Bakı aviareysi açılıb
Cəmiyyət 13:43
Təbriz-Bakı aviareysi açılıb
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Cəmiyyət 13:21
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:09
Sabahın havası açıqlanıb
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Cəmiyyət 11:38
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Cəmiyyət 11:00
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Goranboyda piyada yol qəzasında xəsarət alıb
Cəmiyyət 10:40
Goranboyda piyada yol qəzasında xəsarət alıb
Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:07
Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 09:09
Xəzər dənizində zəlzələ olub
Tovuzda kənd təsərrüfatı sahələrinin yandırılmasında şübhəli bilinən iki nəfər saxlanılıb
Cəmiyyət 23:26
Tovuzda kənd təsərrüfatı sahələrinin yandırılmasında şübhəli bilinən iki nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol