Yarımildə 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

2025-ci ilin ilk yarısında prokurorluq əməkdaşları arasında xidməti və etik davranış qaydalarının pozulması hallarına qarşı 2 nəfər isə prokurorluq orqanlarından xaric edilib.Bu barədə Baş Prokrorluqdan bildirilib.
Onlardan 1 nəfərə irad bildirilib, 7 nəfərə töhmət və ya şiddətli töhmət elan olunub, 2 nəfər tutduğu vəzifədən azad edilib, 2 nəfər isə prokurorluq orqanlarından xaric edilib.
Hesabatda qeyd olunub ki, kadr siyasətinin təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. Yaxşı fəaliyyətinə görə 132 prokurorluq əməkdaşı həvəsləndirilib, 44 nəfər vəzifədə irəli çəkilib. Eyni zamanda, işə qəbul üzrə 50 ştat vahidi üçün 27-ci növbəti müsabiqə elan olunub.
Aytac