Azərbaycanda iki nəfəri ilan sancıb – biri reanimasiyadadır

Azərbaycanda iki nəfər ilan sancması nəticəsində xəstəxanaya yerləşdirilib. Hadisələr Şəki və Ağsu rayonlarında baş verib, onlardan biri reanimasiya şöbəsinə yerləşdirilib.
“Qafqazinfo”nun məlumatına görə, Ağsu rayonunun Curuxlu kənd sakini, 17 yaşlı Emin Eyyubov ilan sancması ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir.
Şəki rayonunun Aşağı Göynük kəndində isə 54 yaşlı Cəlil Zamanov yaşadığı evin həyətyanı sahəsində işləyərkən sağ əlindən ilan sancıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir. Zamanovun müalicəsi hazırda xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.