Tələbələr birinci kursdan SABAH qruplarında təhsil ala biləcəklər

Növbəti ildən tələbələr birinci kursdan etibarən SABAH qruplarında təhsil ala biləcəklər. Bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.
“Bundan sonra artıq tələbələrimiz göstərdikləri akademik müvəfəqqiyyətə görə, eyni zamanda, DİM-in keçirdiyi imtahanlarda əldə etdikləri nəticələrə uyğun olaraq müəyyən mərhələdə müsahibə yolu ilə birinci kursdan SABAH qruplarında təhsil ala biləcəklər”, - o bildirib.
Nazir müşaviri əlavə edib ki, təxminən 10 ildir ki, Elm və Təhsil Nazirliyi tərəfindən SABAH qrupları layihəsi həyata keçirilir.
"Bu platformanın daha da genişləndirilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə addımlar atılır. İndiyədək bu təhsil proqramlarında 5-7 min nəfər tələbə təhsil alırdı, bu ildən sonra həmin sayın 15 minə çatdırılması nəzərdə tutulur”, -nazir müavini vurğulayıb.
Aytac