Dubaydan gətirilən 700 karatdan artıq brilyant qaşların qaçaqmalçılığının qarşısını alınıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları Dubaydan Bakıya gələn sərnişinin baqajında gömrük nəzarətindən gizlədilmiş 700 karatdan artıq brilyant qaşlar aşkar ediblər.
Komitədən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl yükünə baxış zamanı monitorda şübhəli görüntülər müşahidə edərək çamadana gömrük yoxlaması tətbiq ediblər.
Nəticədə 24 ədəd kiçik sellofan paketdə ümumilikdə 700,6 karat çəkidə brilyant qaşlar aşkarlanıb. Qaşlar gömrük nəzarətindən gizlədilərək ölkəyə qanunsuz yollarla gətirilməyə cəhd edilib.
Komitə bildirib ki, faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox 