Goranboyda piyada yol qəzasında xəsarət alıb

Goranboy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər piyada xəsarət alıb. Bu barədə “Unikal” məlumat yaylb.
Hadisə Goranboy-Tərtər avtomobil yolunun Yeniyol kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Ə. Mərdanovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1955-ci il təvəllüdlü kənd sakini N. Aslanovu vurub.
Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır