Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başlayıb

Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.
Namizədlər avqustun 4-ü saat 11:00-dək www.miq.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Bu mərhələdə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (eləcə də xarici dövlətlərin tanınmış kvalifikasiyasına sahib olan) şəxslər iştirak edə bilər.
Oxşar xəbərlər
Oxşar xəbərlər