Azərbaycanda 910 nəfər orqan transplantasiyası üçün növbədədir

Azərbaycanda 910 nəfər orqan transplantasiyası – böyrək, qaraciyər, sümük iliyi və buynuz qişası – üçün növbə gözləyir. Bu barədə “Report”a Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən məlumat verilib.
Mərkəzin bildirdiyinə görə:
Böyrək: 298 nəfər (18 uşaq, 280 böyük)
Qaraciyər: 123 nəfər (5 uşaq, 118 böyük)
Sümük iliyi: 464 nəfər (371 uşaq, 93 böyük)
Buynuz qişası: 25 nəfər (2 uşaq, 23 böyük)
Mütəxəssislər transplantasiya sahəsində donorluq imkanlarının artırılmasının vacibliyini vurğulayır.
Azərbaycanda ilk dəfə meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına köçürülüb.
Aytac