Bakıda 7 yaşlı uşağı ilan sancıb – vəziyyəti ağırdır

Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə. Heydərovu ilan sancıb. Bu barədə Qafqazinfo məluamt verib.
Hadisə iyulun 28-də baş verib.
TƏBİB-in verdiyi məlumata görə, 2018-ci il təvəllüdlü azyaşlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Uşağa ilan zəhərinə qarşı zərdab tətbiq olunub, lakin onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Müalicə hazırda davam edir.