Hüquq müdafiəçisi Fikrət Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli böhtana görə 4 ay azadlıqdan məhrum edilib. Bu barədə yerli media məlumat yayıb.
Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən iclasda Cəfərli məhkəmə zalında həbs edilib.
Şikayəti Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev verib. O, Cəfərlinin sosial şəbəkələrdə onun işgüzar nüfuzuna xələl gətirən ifadələr paylaşdığını iddia edib.
Cəfərli Azərbaycan Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə təqsirli bilinib.
Aytac