Bəzi abonentlər cəmi 4 saat su ilə təmin edilir - Rəsmi

Hazırda əhalinin 70%-i 24 saatlıq, qalan hissəsi isə 12, 8 və 4 saatlıq qrafiklə su alır. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin açıqlamasında bildirilib.
Su təchizatındakı dəyişikliklər əsasən normativə uyğun olmayan tikililər və qanunsuz birləşmələrə görə yaranan texniki və iqtisadi yüklə əlaqələndirilir. Agentlik bildirir ki, bəzi bölgələrdə su verilişi 3 saat səhər, 3 saat axşam olmaqla məhdudlaşdırılıb, ucqar ərazilər isə gündə bir dəfə – səhər 06:00-dan 10:00-a qədər su ilə təmin olunur.
Cari ayda hava temperaturu ötən illə müqayisədə 6–7°C yüksək olub. Bakı şəhərinə tələbatdan əlavə olaraq gündəlik 0,3 milyon kub metr artıq su verilməsinə baxmayaraq, qeyri-qanuni tikililər və genişlənmiş şəbəkə su təminatına təsir göstərir.
Hazırda Ceyranbatan, Oğuz-Qəbələ-Bakı və Kür təmizləyici qurğularında istehsal artırılır, yeni magistral kəmər və şəbəkə layihələri həyata keçirilir. Təmir və istismar işləri 24 saatlıq növbəli rejimlə davam etdirilir.
Aytac