11 yeni məktəbəqədər təhsil müəssisəsinin açılması planlaşdırılır

2025–2026-cı tədris ilində daha 11 yeni məktəbəqədər təhsil müəssisəsinin açılması planlaşdırılır. Bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.
O bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil infrastrukturunun inkişafı istiqamətində tədbirlər davam etdirilir.
Rəsulova vurğulayıb ki, Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdiyi vaxtdan bəri 14 yeni bağça istifadəyə verilib, 3 müəssisədə isə əsaslı təmir aparılıb.
Gülnar Nazimqızı