“AzerGold” satış gəlirlərini artırıb

“AzerGold” QSC-nin 2024-cü il üzrə ümumi aktivlərinin dəyəri 488.35 milyon ABŞ dolları təşkil edib, bu əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə 4.3% çoxdur. Bu barədə Səhmdar cəmiyyətdən bildirilib.
2023-cü illə müqayisədə satış gəlirləri 2024-cü ildə 35% artaraq 182.69 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Hesabat ilində qiymətlilərin satış həcmi 9% artaraq, 70.5 min unsiya qızıl və 97.5 min unsiya gümüş təşkil edib.
Həmçinin “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü ildə xalis dövriyyə kapitalı 3.1% artaraq 105.22 milyon ABŞ dolları, ümumi kapitalı 26% artaraq 399.78 milyon ABŞ dolları təşkil edib.
1 aprel 2024-cü il tarixinə qiymətli metalların daxili və xarici bazarlarda satışı nəticəsində QSC-nin əldə etdiyi ümumi gəlir 1 milyard 213 milyon 911 min manat olub. Bunun 1 milyard 158 milyon 829 min manatı ixracdan, 55 milyon 82 min manatı isə daxili bazarda satışdan əldə edilən gəlirlərdir.
"AzerGold” QSC 2024-cü ilin sonuna kimi 70 min unsiya qızıl hasil edib satmağı planlaşdırır. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə istehsalda 10%, satışda isə 3% çoxdur.
Azərgold ASC 2015-ci il fevralın 15-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.
Aytac