Bakıda və regionlarda havada toz normanı aşıb, şərait üç gün davam edə bilər

Bakıda, Abşeron yarımadasında, eləcə də ölkənin cənub və Aran bölgələrində havada toz konsentrasiyası normanı 1.1-1.4 dəfə üstələyir. Bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.
Onun sözlərinə görə, müşahidə edilən toz meteoroloji şəraitlə əlaqədar olaraq transsərhəd xarakter daşıyır və ölkə ərazisinə əsasən şərq və cənub-şərq küləkləri vasitəsilə daxil olub.
“Meteoroloji proqnozlara əsasən, tozlu hava şəraitinin yaxın üç gün ərzində davam etməsi gözlənilir,” – Allahverdiyeva bildirib.
Hazırda havadakı toz miqdarının artması xüsusilə tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən insanlar üçün risk yaradır. Rəsmi orqanlar əhalini ehtiyatlı olmağa çağırır.