Gələn ildən Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq

2025-2026-cı tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur. Bu barədə Qarabağ Universitetinin rəsmi sosial media hesablarında qeyd olunur.
"2025/2026-cı tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur", - məlumatda bildirilib.
Ötən ildən fəaliyyətə başlayan universitetdə yalnız Azərbaycan və İnglis dili üzrə tələbə qəbulu olub.
Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.
33 ildən sonra bu il ilk dəfə Qarabağ Universitetində yenidən tələbələr təhsil almaq imkanı qazanıb.
Universitetdə təhsil alan tələbələr üçün müəyyən güzəştlər tətbiq edilib.
Qarabağ Univrsitetində tədris iki dildə -Azərbaycan və İngilis dilində aparılacaq.
Hazırda universitetin 1120 tələbəsi var.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 