Lisey və gimnaziyalara seçim prosesi başlayıb

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara seçim prosesi başlayıb. Bu barədə Təhsil İnstitutundan məlumat verilib.
Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi saat 15:00-da aktivləşib və 13 avqust saat 12:00-da başa çatacaq.
Namizədlər seçimlərini şəxsi kabinet vasitəsilə, “İmtahanlar” bölməsində yerləşən “Lisey seçimi” hissəsindən həyata keçirə bilərlər.
Əlavə araşdırmanın nəticələrinə əsasən, müvafiq komissiyanın qərarı ilə nəticələri ləğv edilən şəxslər 8 avqust saat 17:00-a qədər [email protected] elektron ünvanına rəsmi ərizə ilə müraciət edə bilərlər.
Son xəbərlər
Daha çox 