“HRENGINEERING” MMC beynəlxalq süni intellekt və liderlik sammitinin tərəfdaşı seçilib

Azərbaycanda insan resursları və təşkilati inkişaf sahəsində ixtisaslaşmış “HRENGINEERING” MMC, Türkiyənin “SAHARA GROUP” şirkəti tərəfindən bu ilin sentyabrında keçiriləcək “Executive Leadership & AI Transformation Summit” beynəlxalq tədbirinin rəsmi tərəfdaşı və ölkə təmsilçisi elan olunub.
Sammit 8–10 sentyabr tarixlərində İstanbulun Barcelo Hotelində baş tutacaq və "Süni intellektin liderlikdə rolu" mövzusuna həsr olunacaq. Tədbirdə Əlcəzair, Qətər, Fransa, Türkiyə və digər ölkələrdən sahə üzrə mütəxəssislər çıxış edəcək.
Sammitdə iştirakçılar generativ süni intellektin liderlik və təşkilati transformasiyaya təsiri, rəqəmsal strategiyalar, etik və hüquqi çərçivələr barədə bilik və tövsiyələr əldə edəcəklər. Proqram çərçivəsində tarixi və mədəni ziyarətlər, qlobal liderlərlə şəbəkələşmə və əməkdaşlıq imkanları da nəzərdə tutulub.
Tədbirə yalnız “HRENGINEERING” MMC üzərindən qeydiyyatdan keçən Azərbaycan vətəndaşları üçün xüsusi endirimli iştirak paketi təqdim olunur.
Qediyyat və ətraflı məlumat üçün +994 10 260 01 16 telefon nömrəsi və ya [email protected] e-mail ünvanı ilə əlaqə saxlaya bilərsiniz.