• $ 1.7
  • € 1.9827
  • ₽ 0.021317
  • ₺ 0.0416
  • £ 2.3029

FHN işğaldan azad olunmuş ərazilərdə maarifləndirmə işləri aparır

FHN işğaldan azad olunmuş ərazilərdə maarifləndirmə işləri aparır
17.08.2025 11:23

Fövqəladə Hallar Nazirliyi səlahiyyətləri çərçivəsində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir.

Nazirlikdən bildirilir ki, bu çərçivədə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb.

Xankəndi şəhərində, Qubadlı, Zəngilan, Xocalı və Xocavənd rayonlarında aparılmış növbəti maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, ictimai-iaşə obyektlərində çalışan, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin sahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunaraq onlara əyani vəsaitlər təqdim edilib.

FHN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət edilməsinin vacibliyini xatırladır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 12:46
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Sabah 36 dərəcə isti olacaq
Cəmiyyət 12:27
Sabah 36 dərəcə isti olacaq
Vidadi Babanlı dəfn olunub - Yenilənib
Cəmiyyət 12:11
Vidadi Babanlı dəfn olunub - Yenilənib
FHN işğaldan azad olunmuş ərazilərdə maarifləndirmə işləri aparır
Cəmiyyət 11:23
FHN işğaldan azad olunmuş ərazilərdə maarifləndirmə işləri aparır
Ağsuda ev yanıb
Cəmiyyət 10:21
Ağsuda ev yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:09
Faktiki hava açıqlanıb
Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında yanğın olub
Cəmiyyət 09:01
Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında yanğın olub
Balakəndə camış sahibini vuraraq öldürüb
Cəmiyyət 18:43
Balakəndə camış sahibini vuraraq öldürüb
Müğənni Rəqsanə İsmayılova həbs edilib
Cəmiyyət 18:09
Müğənni Rəqsanə İsmayılova həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol