• $ 1.7
  • € 1.9827
  • ₽ 0.021317
  • ₺ 0.0416
  • £ 2.3029

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
17.08.2025 19:29

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, avqustun 17-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Nazirlikdən verilən məlumata görə, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.

Çıxış edən gənc əsgərlərin valideynləri övladlarının Vətən qarşısında şərəflə xidmət etmələrindən qürur duyduqlarını və yaradılan şəraitə görə dövlət başçısına, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Daşkəsəndə internet problemi yaşanır
Cəmiyyət 20:28
Daşkəsəndə internet problemi yaşanır
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Cəmiyyət 19:29
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 18:17
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Özünü bloqer-jurnalist kimi təqdim edən şəxs həbs olunub
Cəmiyyət 16:29
Özünü bloqer-jurnalist kimi təqdim edən şəxs həbs olunub
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 12:46
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Sabah 36 dərəcə isti olacaq
Cəmiyyət 12:27
Sabah 36 dərəcə isti olacaq
Vidadi Babanlı dəfn olunub - Yenilənib
Cəmiyyət 12:11
Vidadi Babanlı dəfn olunub - Yenilənib
FHN işğaldan azad olunmuş ərazilərdə maarifləndirmə işləri aparır
Cəmiyyət 11:23
FHN işğaldan azad olunmuş ərazilərdə maarifləndirmə işləri aparır
Ağsuda ev yanıb
Cəmiyyət 10:21
Ağsuda ev yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol