Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs olunub -YENİLƏNİB

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan əcnəbilər barəsində həbs qətimkan tədbiri seçilib.Bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.
Qərara əsasən, onlar 3 ay müddətə həbs olunublar.
***
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb.
DİN-nin Mətbuat Xidmətindən bildirilib ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
****
Bakıda Şəhidlər Xiyabanında təhqiramiz videolar çəkən ərəb turistlər saxlanılıb. Bu barədə DİN məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə xarici vətəndaşların şəhid məzarları önündə hörmətsizlik etməsi cəmiyyətdə ciddi narazılıq yaradıb. Hüquq-mühafizə orqanları həmin şəxsləri qısa zamanda müəyyənləşdirərək saxlayıb.