Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Tofiq Cəfərli vəzifəsindən azad edilib. Bu barədə ETX-dan bildirilib.
Hələlik Tofiq Cəfərlinin yerinə təyinat olmayıb.
Ötən gün ETX-nin rəisi Samir Rəsulov da vəzifəsindən azad edilib və onun yerinə Fərid Zeynalov qurumun rəhbəri təyin olunub.