Azərbaycanlıların ABŞ vizaları yoxlanılacaq

ABŞ Dövlət Departamenti 55 milyon xarici vətəndaşın turist və tələbə vizalarını yoxlamaöa başlayıb. Bu çərçivədə sənədlərində və ya fəaliyyəti ilə bağlı problem olan azərbaycanlıların vizanın ləğvi və digər məhdudiyyətlərin tətbiqi gözləyir. Bu barədə AP məlumat verib.
İnzibati pozuntular, müddəti bitmiş sənədlər, cinayət ittihamları, terror təşkilatları ilə əlaqə və sosial şəbəkələrdə ABŞ-a qarşı tənqidlər vizanın ləğvi üçün əsas səbəblər arasında göstərilir.
Dövlət Departamentinin məlumatına görə, Donald Trampın prezidentliyi dövründə ləğv edilən vizaların sayı iki dəfə, tələbə vizalarının sayı isə dörd dəfə artıb.
N.Təbrizli