İsmayıllıda dağlıq ərazidə yanğın olub

İsmayıllıda dağlıq ərazidə yanğın baş verib.
“Qafqazinfo”nun məlumatına görə, yanğın hadisəsi İsmayıllı rayonu Lahıc-Dəmirçi yolunda dağlıq ərazidə baş verib.
Əraziyə İsmayıllı rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Texnikanın hərəkəti mümkün olmadığından və dağlıq ərazi olduğundan yanğın YMH nin əməkdaşları tərəfindən saat 19:19-də əl vasitəsi ilə söndürülüb.
Yanğın nəticəsində 20 ha ərazidə kol-kos və quru otlaq yanıb, xəsarət alan olmayıb.