Naxçıvanda fermerlər üçün 320 ton payızlıq taxıl toxumu alınır

Naxçıvan Muxtar Respublikasında payızlıq əkinlər üçün fermerlərin toxum təminatını gücləndirmək məqsədilə ümumilikdə 320 ton taxıl toxumu alınacaq. Bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, toxumun 200 tonu “Naxçıvan Aqroservis”, 120 tonu isə “Naxçıvan Toxumçuluq” müəssisəsi xətti ilə buğda və arpa toxumu kimi təmin ediləcək.
Hazırda muxtar respublika ərazisində təxminən 17 min hektarda payızlıq əkinlər aparılır. Nazirlik bildirir ki, alınacaq toxumlar iqlimə uyğun, yüksək reproduksiyalı sortlardan ibarət olacaq və fermerlərin ehtiyaclarının bir hissəsini qarşılayacaq.
Azərbaycanda 2023-cü ildən etibarən 5 il müddətinə taxılın hər tonuna görə 100 manat məbləğində subsidiya müəyyən edilib.
Ümumilikdə, Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb.
2023-cü ildə Azərbaycana buğda idxalı 1 milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır.
Hazırda Azərbaycanda buğdaya olan tələbatın 62% yerli istehsal hesabına ödənilir. Qalan hissə Ukrayna, Rusiya və Qazaxıstandan idxal edilir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 