Azərbaycanda pensiyaçıların sayı 1,1 milyonu keçib

2025-ci il iyulun 1-nə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 103,3 min pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8%-ni təşkil edir. Bu göstərici ötən ilin eyni dövründə 1 milyon 101 min nəfər idi. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Pensiyaçıların 64,6%-i yaşa, 23%-i əlilliyə, 12,4%-i isə ailə başçısını itirməyə görə pensiya alır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, orta aylıq pensiya məbləği ötən illə müqayisədə 9,5% artaraq 538,1 manata çatıb. Bu, ölkədəki orta aylıq əməkhaqqının 49%-nə bərabərdir.
Prezident İlham Əliyevin 2025-ci il 5 fevral tarixli sərəncamına əsasən, bu ilin 1 yanvarından bütün növ əmək pensiyaları orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılıb.
Eyni zamanda, "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklə, pensiyanın minimum məbləği 14,3% artırılaraq 1 fevral 2025-ci ildən 320 manat müəyyən olunub.
Gülnar
Son xəbərlər
Daha çox 