Universitetlərə qəbul planı 96,3% yerinə yetirilib, tələbə sayı 2 min nəfər artıb

2025-ci ildə Azərbaycanda ali təhsil müəssisələrinə qəbul planı ümumilikdə 96,27% dolub. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmisi Xanlar Xanlarzadə İctimai Televiziyaya açıqlamasında bildirib.
Xanlarzadənin sözlərinə görə, bu il universitetlərə qəbul olunan tələbələrin sayı əvvəlki illə müqayisədə təxminən 2 min nəfər artıb.
Qəbul planının ixtisas qrupları üzrə dolma faizi belə olub:
I qrup: 92,05%
II qrup: 98,12%
III qrup: 99,80%
IV qrup: 95,39%
V qrup: 96,84%
DİM nümayəndəsi artımı “yüksək göstərici” kimi dəyərləndirib.
Son xəbərlər
Daha çox 