• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
26.08.2025 18:11

Sabah "Bakı Metropoliteni" QSC “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Bu barədə “Bakı Metropoliten” QSC-dən məlumat verilib.

Xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək.

Bakı metrosunun müvafiq əməliyyat planına uyğun olaraq, bu stansiyalarda növbətçilik cədvəli tərtib ediləcək. Arenaya yollanacaq azarkeşlərin yönləndirilməsi, səmti rahat müəyyən etmələri üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.

Qatarların hərəkəti yay qrafikinə uyğun təşkil olunacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.

Qarşılaşma əlavə vaxtla davam etdiyi halda azarkeşlərin rahat şəkildə mənzilbaşına qayıtması üçün Bakı metropoliteninin iş saatının uzadılması planlaşdırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 20:00
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Cəmiyyət 19:19
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Bakının bu rayonunda qaz kəsiləcək
Cəmiyyət 19:13
Bakının bu rayonunda qaz kəsiləcək
Bakıda süni göldə uşaq batıb
Cəmiyyət 18:40
Bakıda süni göldə uşaq batıb
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
Cəmiyyət 18:28
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Cəmiyyət 18:11
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Bu ərazidə su olmayavaq
Cəmiyyət 18:05
Bu ərazidə su olmayavaq
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Cəmiyyət 17:52
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol