İKTA-ya dövlət büdcəsindən ayrılan vəsait 2,5 milyon manata çatıb

Ötən il Azərbaycan Respublikasının İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) dövlət büdcəsindən 2,5 milyon manat vəsait ayrılıb.
Bu barədə məlumat qurumun 2024-cü il üzrə maliyyə hesabatında verilib.
Hesabata əsasən, 2022-ci ildə İKTA-ya ayrılan büdcə vəsaiti 5 750 manat, 2023-cü ildə isə 1 milyon manat təşkil edib. Beləliklə, 2023-cü ildən 2024-cü ilə keçid dövründə Agentliyə ayrılan vəsait 2,5 dəfə artıb.
Agentlik rəqəmsal hökumət və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dövlət qurumlarından biri kimi çıxış edir.
Gülnar