Azərbaycanın alma, armud və heyva ixracı 53,6% artıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan xarici bazarlara alma, armud və heyva ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 53,6% artaraq 58 941 ton təşkil edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatlarda qeyd olunub.
İxrac olunan məhsulların ümumi dəyəri 41,6 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 62,9% artım deməkdir.
İxrac artımı həm həcm, həm də dəyər baxımından müşahidə olunub və bu, ölkənin meyvəçilik sektorunun ixrac potensialının genişlənməsinə işarə edir.
Azərbaycanın ənənəvi meyvə məhsullarının əsas ixrac bazarları arasında Rusiya, BƏƏ, Qazaxıstan və Yaxın Şərq ölkələri yer alır.
Gülnar