Ağdamda iki yaşlı uşaq döyülüb

Ağdamda ağır xəsarətlər alan iki yaşlı uşaq xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, onun atası tərəfindən döyüldüyü iddia olunur.
Hadisə rayonun Xındırıstan kəndində baş verib.
İki yaşlı R.M ağır bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, daxil olarkən azyaşlının vəziyyəti kəskin ağır olub.
Hadisəni törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.