İlk yarımildə Azərbaycanda 46 min mənşə sertifikatı verilib

2025-ci ilin ilk yarısında Azərbaycanda ixracatçılara 46 119 mənşə sertifikatı təqdim olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,5% artım deməkdir. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat verib.
Mənşə sertifikatları əsasən meyvə-tərəvəz, tikinti materialları, neft və neft məhsullarının ixracı üçün təqdim olunub. Əsas ixrac istiqamətləri Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Özbəkistan və Qazaxıstan olub.
Azərbaycan hazırda beş növ mənşə sertifikatı təqdim edir: CT-1, Ümumi forma, A forması, AZ-TR və AZ-PK. Sertifikatlar ixracatçılara preferensial gömrük şərtləri və güzəştlər əldə etməyə imkan verir.
Mənşə sertifikatları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilir və onun ekspertizası “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən həyata keçirilir. Sertifikatların etibarlılıq müddəti bir ildir.
Sertifikat üçün müraciətlər həm fiziki formada, həm də //e-keyfiyyet.gov.az
platforması üzərindən elektron qaydada qəbul olunur. Elektron sistem müraciətlərin izlənməsi, xidmət haqlarının və dövlət rüsumlarının ödənilməsi kimi imkanlar təqdim edir.
Mənşə sertifikatının verilməsi üçün tələb olunan dövlət rüsumu 30 AZN təşkil edir.
Gülnar
Son xəbərlər
Daha çox 