"Meydan TV" işi üzrə əlavə ittihamlar elan olunub

“Meydan TV işi üzrə təqsirləndirilən şəxslərə əlavə ittiham elan edilib. Bu barədə anews.az-a vəkillər məlumat verib.
Hazırda jurnalistlər Cinayət Məcəlləsinin 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham olunurlar.
“Meydan TV” işi ilə bağlı indiyədək jurnalist Aynur Elgünəş (Qənbərova), Natiq Cavadlı, Şəmşad Ağayev, Aytac Tapdıq (Əhmədova), Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə), Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Ülvi Tahirov və Nurlan Libre (Qəhrəmanlı) saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
İndiyədək onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü.
Gülnar