Tədris ilinin başlanma tarixi dəyişməyəcək - Nazirlik

2025/2026-cı tədris ilinin sentyabrın 15-də başlaması planlaşdırıldığı kimi qüvvədə qalır, "Formula 1" Azərbaycan Qran-prisi ilə bağlı başlanma tarixinin dəyişdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə məlumatı "Azərbaycan müəllimi" paylaşıb.
Təhsil Nazirliyindən bildirilib ki, yalnız rəsmi mənbələrə istinad edilməsi tövsiyə olunur. Qurum əlavə edib ki, yarışların keçirildiyi ərazilərdə yerləşən məktəblərlə bağlı məhdudiyyətlər tətbiq ediləcəyi halda, ictimaiyyətə ayrıca məlumat veriləcək.