Astarada 10 aylıq körpə ölüb

Astarada 10 aylıq körpə ölüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb.
10 aylıq körpə Elcan Taleh oğlu Həsənzadənin bədən hərarəti qalxıb.Yaxınları uşağın qidadan zəhərləndiyini düşünərək ona ərzaq sodası verib. Bundan sonra körpənin halı pisləşib.
Körpə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.