Rusiyada azərbaycanlı diaspor nümayəndəsi həbs olunub

Rusiyanın Kuban şəhərindəki Azərbaycan diasporunun nümayəndələrindən biri, Tuapsedəki yükdaşıma terminalının və Krasnodardakı “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzov həbs olunub.
APA xəbər verir ki, Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakın oğurlanması cəhdi ilə bağlı cinayət işində təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.