• $ 1.7
  • € 1.9904
  • ₽ 0.020972
  • ₺ 0.0413
  • £ 2.2981

Azərbaycanda tələbə və doktorant təqaüdləri artırıldı, qərar bu gündən qüvvədədir

Azərbaycanda tələbə və doktorant təqaüdləri artırıldı, qərar bu gündən qüvvədədir
02.09.2025 10:25

Prezidentin imzaladığı sərəncama əsasən, Azərbaycanda doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb. Sərəncam bu gündən qüvvəyə minib.

İqtisadçı deputat Vüqar Bayramovun verdiyi məlumata görə, yeni artım çərçivəsində bəzi təqaüdlər 450 manata qədər yüksəldilib.

Təqaüd artımları həm təhsil alanların sosial müdafiəsini gücləndirmək, həm də ölkədə insan kapitalının inkişafını stimullaşdırmaq məqsədi daşıyır.

Deputat bildirib ki, bu addım 2025-ci ildə həyata keçirilən beşinci sosial paket çərçivəsində atılıb. Paket ümumilikdə 3 milyon vətəndaşı əhatə edir.

Bu məqsədlə dövlət büdcəsindən əlavə olaraq 1,4 milyard manat vəsait ayrılacaq. Ümumilikdə, bu il sosial istiqamətə 16,9 milyard manat büdcə vəsaiti nəzərdə tutulub.

Bayramov əlavə edib ki, gələcək mərhələlərdə yaşa görə müavinətlərin artırılması da gündəmdədir və bunun üçün fiskal qiymətləndirmələr aparılır.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib
Cəmiyyət 14:23
Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib
akart iki beynəlxalq mükafata layiq görüldü
Cəmiyyət 13:20
akart iki beynəlxalq mükafata layiq görüldü
Yardımlıda Mədəniyyət Evində yanır – FHN
Cəmiyyət 13:09
Yardımlıda Mədəniyyət Evində yanır – FHN
Ermənistadan Azərbaycana keçmək istəyən şəxs saxlanılıb
Cəmiyyət 13:03
Ermənistadan Azərbaycana keçmək istəyən şəxs saxlanılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:24
Sabahın hava proqnozu açıqlanıb
Bu il 110 uşaq sosial müəssisələrdən ailələrinə qaytarılıb — Nazirlik
Cəmiyyət 11:43
Bu il 110 uşaq sosial müəssisələrdən ailələrinə qaytarılıb — Nazirlik
Xankəndidə qondarma rejimin “XİN”inin binası sökülür
Cəmiyyət 11:31
Xankəndidə qondarma rejimin “XİN”inin binası sökülür
Elm və Təhsil Nazirliyi media və kommunikasiya strukturunu yenidən təşkil edib
Cəmiyyət 11:05
Elm və Təhsil Nazirliyi media və kommunikasiya strukturunu yenidən təşkil edib
Sentyabrın 1-də 52 cinayətin üstü açılıb
Cəmiyyət 11:02
Sentyabrın 1-də 52 cinayətin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol