Sentyabrın 1-də 52 cinayətin üstü açılıb

Sentyabrın 1-də ölkə ərazisində qeydə alınan 34 yeni və əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən təmin edilib. Bu barədə məlumatı DİN-in mətbuat xidməti yayıb.
Hesabata əsasən:
Axtarışda olan ümumilikdə 60 nəfər saxlanılıb;
Onlardan 37-si borclu şəxs qismində,
4 nəfər isə dələduzluq ittihamı ilə axtarışda olub.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 10 fakt və qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilib.
Həmçinin, ailə üzvlərinin xəbəri olmadan yaşadığı ünvanı tərk etdiyi üçün itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq müvafiq qurumlara təhvil verilib.
Gülnar