14 yaşlı yeniyetmə zorakılıq iddiaları ilə bağlı səhiyyə müəssisəsinə yerləşdirilib

Valideynlərini itirən və qəyyumluqda olduğu ailə üzvləri tərəfindən zorakılığa məruz qaldığı iddia edilən 14 yaşlı yeniyetmə aidiyyəti qurumların koordinasiyası ilə səhiyyə müəssisəsinə yerləşdirilib. Bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumun əməkdaşları prosesə cəlb olunub. Müvafiq müayinə və qiymətləndirmə prosedurlarından sonra yeniyetmənin sosial xidmət müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur.
Yeniyetmənin 21 yaşlı qardaşı F. Məmmədov məsələ ilə bağlı mətbuata açıqlamasında iddiaları təkzib edərək bildirib ki, işgəncə izləri köhnədir və atasının törətdiyi zorakılıq nəticəsində yaranıb.