Erkən evliliyin qarşısı alındı, valideynlər və şadlıq sarayına cərimə tətbiq olundu

Zərdab rayonunda erkən evlilik cəhdinin qarşısı alınıb, hadisə ilə bağlı valideynlər və şadlıq sarayının sahibi inzibati məsuliyyətə cəlb edilib. Bu barədə yerli hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə Zərdab rayonunda yerləşən “Natiq” şadlıq sarayında qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, bəyin 32, gəlinin isə 17 yaşı var. Bu səbəbdən toy mərasimi dayandırılıb və valideynlərlə profilaktik söhbət aparılıb.
Qanunvericiliyə əsasən, hər iki tərəfin valideynləri 1000 manat, məclisin keçirilməsinə icazə verən ictimai iaşə obyektinin sahibi isə 1500 manat məbləğində cərimə olunub.
Hadisə ilə bağlı inzibati protokol tərtib olunub.
Gülnar