Azərbaycan Radiosunun binası söküləcək, əməkdaşlar AzTV binasına köçürülür

Azərbaycan Radiosunun yerləşdiyi binada söküntü işləri aparılacaq. Bu barədə APA agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, söküntü dövründə radionun fəaliyyətində fasilə yaranmaması üçün əməkdaşlar işlərini müvəqqəti olaraq Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcəklər.
AzTV-nin Mətbuat Xidməti xəbəri təsdiqləyərək bildirib ki, mövcud bina söküldükdən sonra yeni radio binasının təməlinin qoyulması və tikintisinə başlanması planlaşdırılır.
Yeni binanın neçə mərtəbəli olacağı hələlik dəqiqləşməyib. Qurumdan bildirilib ki, bu, gələcək situasiya və əməkdaş sayına uyğun müəyyənləşdiriləcək.