Aqrar Subsidiya Şurası 2026-cı təsərrüfat ilində pambıqçılıq üzrə subsidiyaların artırılması barədə qərar qəbul edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirib.
Yeni qərara əsasən, müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə yetişdirilən və tədarük məntəqələrinə təhvil verilən hər ton pambığa görə fermerlərə 215 manat, digər sahələrdə yetişdirilən pambığa görə isə 200 manat subsidiya ödəniləcək.
Subsidiyalar yalnız pambıqçılığın ənənəvi mərkəzləri olan 16 rayonda və bir neçə kənddə tətbiq ediləcək. Nazirliyin açıqlamasına görə, orta məhsuldarlığı 15 sentner/ha-dan aşağı olan təsərrüfatlara, həmçinin 60 sentner/ha-dan yuxarı məhsuldarlığın əlavə hissəsinə görə ödəniş edilməyəcək.
Gülnar