6 ayda 95 dövlət əməkdaşı haker hücumlarına məruz qalıb

2025-cü ilin ilk yarısında 47 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına əməl etmədiyinə görə haker hücumlarının qurbanı olub. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Dövlət Qurumlarının İT rəhbərlərinin VI Zirvə Toplantısında məlumat verib.
Təhlükəsizlik zəiflikləri əsasən parol istifadəsi, səlahiyyətlərin idarə olunması və məlumatların qorunması sahəsində qeydə alınıb.
Tural Məmmədovun sözlərinə görə, zərərçəkənlərin 16%-i admin (yüksək səlahiyyətli) istifadəçilər olub.
Qurumun araşdırmalarına əsasən, bu dövr ərzində dövlət informasiya sistemlərində fərdi məlumatların əldə edilməsinə və toplanmasına şərait yaradan 62 texniki boşluq aşkar edilib.
Gülnar