• $ 1.7
  • € 1.9834
  • ₽ 0.020901
  • ₺ 0.0412
  • £ 2.2866

Astaradakı kütləvi zəhərlənmənin səbəbi açıqlanıb

Astaradakı kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
06.09.2025 13:30

Astarada zəhərlənməyə ev şəraitində hazırlanan qidalar səbəb olub.Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Astara rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyən edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb:

"Araşdırma nəticəsində hadisənin qarpız zəhərlənməsindən baş verməsi ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib. Belə ki, Astara rayon sakinlərinin 03.09.2025-ci il tarixində Astara rayonu Motlayataq kəndində Heydərli Samir Firdovsi oğluna məxsus həyətyanı sahədə təşkil edilən kiçik toy mərasimində bir gün öncədən ev şəraitində hazırlanan qidalardan qəbul etdikləri məlum olub.

Məclisdə istehlaka təqdim edilən ev şəraitində bişmiş qidalardan nümunələr götürülərək, laborator analizlərə cəlb edilib.

Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir. Eyni zamanda, istehlakçılar arasında çaşqınlıq və narahatlıq yaranmaması üçün yalnız rəsmi qurumlar tərəfindən təqdim olunan, dəqiqləşdirilmiş məlumatlara istinad edilməlidir".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah ilin son Ay tutulması olacaq
Cəmiyyət 16:47
Sabah ilin son Ay tutulması olacaq
Beyləqanda kafedə silahlı insident - Xəsarət alanlar
Cəmiyyət 14:13
Beyləqanda kafedə silahlı insident - Xəsarət alanlar
Astaradakı kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Cəmiyyət 13:30
Astaradakı kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olunub - Video
Cəmiyyət 13:10
Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olunub - Video
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:44
Sabahın hava proqnozu açıqlanıb
Musiqi məktəblərinə qəbul nəticələri elan olunub
Cəmiyyət 12:26
Musiqi məktəblərinə qəbul nəticələri elan olunub
Faktiki hava açıqlanıb
Cəmiyyət 12:11
Faktiki hava açıqlanıb
Bakıda yük maşını körpüdən avtomobillərin üzərinə aşıb, ölən və yaralananlar var - Yenilənib
Cəmiyyət 11:29
Bakıda yük maşını körpüdən avtomobillərin üzərinə aşıb, ölən və yaralananlar var - Yenilənib
DİN Bakı və bölgələrdə xüsusi əməliyyatlar keçirib,saxlanılanlar var
Cəmiyyət 11:15
DİN Bakı və bölgələrdə xüsusi əməliyyatlar keçirib,saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol