• $ 1.7
  • € 1.9834
  • ₽ 0.020901
  • ₺ 0.0412
  • £ 2.2866

Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ Rusiyada saxlanılıb

Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ Rusiyada saxlanılıb
06.09.2025 19:06

Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ cinayətkar qruplaşmanın tərkibində dələduzluqda şübhəli bilinərək saxlanılıb.Bu barədə TASS xəbər verir.

Qeyd olunub ki, saxlanılanlar arasında bir neçə keçmiş polis də var.

“Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə istintaq orqanları polis idarələrindən birinin keçmiş əməliyyatçıları və taekvondo üzrə dünya çempionu Emin Çətinbağ da daxil olmaqla, cinayətkar qrupun 6 üzvünə qarşı cinayət işini araşdırır.

Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsinin "a", "g", "e" bəndlərində (vəzifə səlahiyyətlərindən sui-istifadə), Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində (dələduzluq) nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunurlar.

İstintaq cinayətkar qrupun 5 üzvünə qarşı ittiham irəli sürüb və barəsində həbs-qətimkan tədbiri seçilib”, - deyə İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Məlum cinayət işi ilə bağlı daha bir şəxs barəsində axtarış elan edilib.

Beynəlxalq dərəcəli idman ustası Emin Çətinbağ Rusiya milli komandasının tərkibində 2023-cü ildə taekvondo üzrə dünya çempionu olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var
Cəmiyyət 22:07
Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var
Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ Rusiyada saxlanılıb
Cəmiyyət 19:06
Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ Rusiyada saxlanılıb
Sabah ilin son Ay tutulması olacaq
Cəmiyyət 16:47
Sabah ilin son Ay tutulması olacaq
Beyləqanda kafedə silahlı insident - Xəsarət alanlar
Cəmiyyət 14:13
Beyləqanda kafedə silahlı insident - Xəsarət alanlar
Astaradakı kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Cəmiyyət 13:30
Astaradakı kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olunub - Video
Cəmiyyət 13:10
Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olunub - Video
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:44
Sabahın hava proqnozu açıqlanıb
Musiqi məktəblərinə qəbul nəticələri elan olunub
Cəmiyyət 12:26
Musiqi məktəblərinə qəbul nəticələri elan olunub
Faktiki hava açıqlanıb
Cəmiyyət 12:11
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol