Goranboyda yük avtomobili obyektə çırpılıb

Goranboyda yük avtomobili obyektə çırpılıb.
"Report"un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
Yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin sürcüsü, Türkiyə Cümhuriyyətinin vətəndaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.