Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var

Şəmkir rayon ərazisində təcili tibbi yardım maşını qəzaya uğrayıb.
"Report"un məlumatına görə, Kür qəsəbəsinə çağırışa gedən ambulans idarəetmədən çıxaraq körpüdən aşıb.
Qəza nəticəsində sürücü, həkim və tibb bacısı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.