• $ 1.7
  • € 1.9834
  • ₽ 0.020901
  • ₺ 0.0412
  • £ 2.2866

İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini dövlət sifarişi əsasında təhsil alacaq

İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini dövlət sifarişi əsasında təhsil alacaq
07.09.2025 18:30

İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini dövlət sifarişi əsasında təhsil alacaq.Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən 2025-2026-cı tədris ili üzrə incəsənət məktəblərinə şagird qəbulu aparılıb. Qəbul prosesində minlərlə namizəd iştirak edib ki, bu da incəsənət təhsilinə böyük marağın göstəricisidir.

Şagird qəbulu yerləri hər bir məktəbin müəllim potensialı, tədris infrastrukturu nəzərə alınmaqla müəyyənləşdirilib. Müraciətlərin dövlət sifarişli yerlərini dəfələrlə üstələdiyi hallarda seçim yalnız ən yüksək nəticə göstərmiş iştirakçılar arasında aparılıb:”Bu səbəbdən yüksək bal toplasa da, bütün namizədlərin dövlət sifarişli yerlərə qəbul olunmaması obyektiv zərurətdən irəli gəlir. Xüsusilə fortepiano ixtisasına 9 min 213 müraciətin olması iddiaçıların rəqabət miqyasını aydın şəkildə nümayiş etdirir”.

Məlumatda vurğulanıb ki, şagirdlərin ixtisas seçimi zamanı bal göstəriciləri ilə yanaşı, yaş həddi və təhsil sistemi üzrə müəyyən edilmiş digər kriteriyalar da tətbiq olunub. Qəbul qaydaları əvvəlcədən açıqlanıb və bütün iştirakçılar üçün eyni şəkildə tətbiq edilib. Ən yüksək bal toplayan namizədlər tələb olunan kriteriyalara düzgün cavab veriblərsə, qəbul olunublar.

Bununla yanaşı, namizədlərə əlavə imkanlar yaradılıb. Belə ki, texniki səbəblər və ya yaş kriteriyası səbəbindən dövlət sifarişli plan yerinə düşməyən yüksək nəticəli iştirakçılara, həmçinin 80 və yuxarı bal toplayan, lakin dövlət sifarişli yerə qəbul olunmayan namizədlərə ödənişli əsaslarla təhsil almaq imkanı təqdim edilib. Eləcə də incəsənətə maraq göstərən uşaqlar məktəblərin nəzdində fəaliyyət göstərən kurs və dərnəklərdən yararlana bilərlər. Bu imkan həm də həvəskar şəkildə incəsənətlə məşğul olan uşaqların yaradıcılıq bacarıqlarının dəstəklənməsinə xidmət edir. İncəsənət təhsilinin keyfiyyətinin artırılması, istedadlı uşaqların daha erkən yaşda üzə çıxarılması və onların inkişafı istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlin ikinci Ay tutulması başlayıb
Cəmiyyət 20:00
İlin ikinci Ay tutulması başlayıb
İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini dövlət sifarişi əsasında təhsil alacaq
Cəmiyyət 18:30
İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini dövlət sifarişi əsasında təhsil alacaq
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
Cəmiyyət 18:02
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
Sumqayıtda 72 yaşlı kişi dənizdə batıb
Cəmiyyət 17:43
Sumqayıtda 72 yaşlı kişi dənizdə batıb
Goranboyda yük avtomobili obyektə çırpılıb
Cəmiyyət 17:01
Goranboyda yük avtomobili obyektə çırpılıb
Gəncədə ev tikintisi zamanı uçqun olub, ölən və xəsarət alanlar var - Yenilənib
Cəmiyyət 16:07
Gəncədə ev tikintisi zamanı uçqun olub, ölən və xəsarət alanlar var - Yenilənib
Bakı mənzildə meyit tapılıb
Cəmiyyət 13:10
Bakı mənzildə meyit tapılıb
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 13:00
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Yağış yağacaq,şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 12:26
Yağış yağacaq,şimşək çaxacaq - PROQNOZ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol