Bakıda mikroavtobusla minik avtomobili toqquşdu, 19 nəfər xəsarət aldı

Bakının Xəzər rayonu ərazisində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 19 nəfər xəsarət alıb. Bu barədə TƏBİB anews.az-ın sorğusuna cavab olaraq məlumat verib.
Xəsarət alanlardan 18-i qadın, biri kişi olub. Onların hamısı Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib.
TƏBİB-in məlumatına görə, ilkin tibbi yardımdan sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicəyə buraxılıb. Hazırda 7 nəfərin müalicəsi tibb müəssisəsində davam edir. Onların vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Bu gün yerli mətbuatda Bakıda mikroavtobusun minik avtomobillə toqquşması nəticəsində 10-dan çox yaralı olduğu barəsində məlumat paylaşılmışdı.
Aytac