Kürdəmirdə ev yanıb

Kürdəmirdə ev yanıb.
APA-nın məlumatına görə, rayonun Sığırlı kənd sakini Sarvan Sərdərova məxsus evdə güclü yanğın baş verib. Hadisə nəticəsində fərdi yaşayış evi və talvarın bir hissəsi yanıb.
Hadisə yerinə FHN-nin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər